Troya atı və samurayların hərbi məharəti

23 Oktyabr 2014 09:26 (UTC+04:00)

Dünya tarixində hərbçilərin güc hesabına yox, öz məharəti ilə qalib gəldikləri müharibələr az olmayıb. Bu cür hadisələr yaponiyalı samuraylara da aiddir. Demək, cəsur samuraylar, heç də həmişə Busido kodeksi ilə yaşamayıblar.

Ilkin olaraq Troya atını götürək, çünki onunla bağlı olan hadisələr, heç də, bizim bildiyimiz kimi adi olmayıb. Və tarixçilər də bu barədə hər şeyi bilmir. Onun hündürlüyü nə qədər olub və içərisində neçə nəfər hərbçi yerləşib?. Əsas məsələ bunu aydınlaşdırmaqdır.

Amma onun hündürlüyü müasir ikimərtəbəli ev hündürlüyündə ola bilməzdi, çünki həmin vaxt Troyada, sadəcə olaraq, bu cür qapılar yox idi. Orada həmçinin bu hündürlükdə divarlar da olmayıb. Bu, haradan məlumdur? Bizim dövrlərə Mikenadakı "Aslan qapıları" haqqında məlumat çatıb. Və orada göstərilir ki, bu qapılar o qədər də böyük olmayıb. Ona görə də Troya qapıları da, çətin ki, bundan böyük ola bilərdi. Eyni zamanda atlar bu qapıdan keçə bilməyib. Demək, bizə məlum olan qədim şəhərlərin ölçüsünü əsas götürərək söyləmək olar ki, onların qapıları da da böyük olmayıb. Bəs belə olan təqdirdə, onun içərisində nə qədər adam gizlənə bilərdi? Şəhər qapısının ağzında olan mühafizəçilərin sayı da çox ola bilməzdi. Ona görə də bu hiyləgərlik, heç də, Homerin təsvir etdiyi kimi real görünmür.

Bir neçə adam, maksimum 5-6 nəfər, içərisində kiminsə gizlənə biləcəyi heç kimin ağlına belə gəlməyən kiçik at və kifayət qədər az və məsuliyyətsiz mühafizə Troya şəhərinin süqutuna gətirib çıxarıb. Bu cür hərbi hiyləgərlik həqiqətə uyğundurmu?

Ancaq o, müfəssəl təsvir olunduğuna və əlavə olaraq, çox da mənasız düşünülmədyinə görə, yəqin ki, məhz belə olub, çünki bu cür ağılsızlığı fikirləşməyi də bacarmaq lazımdır.

Sonralar da müharibələr tarixində çoxlu hərbi bicliklər olub. Amma yaponiyalı samurayların hiyləgərlikləri barədə çox az məlumat vardır. Onlar da düşmən qalalarını mühasirəyə alıblar, lakin "Troya atları" tikməyiblər. Samurayların hiyləgərlikləri ilə bağlı nümunəni, məsələn, Kamakura dövründə partizan müharibəsinin əsl qəhrəmanı olmuş Kusunoki Masasiqenin çoxsaylı samuray qoşunlarından müdafiə etdiyi Akasaka qalasının mühasirəsinə aid tarixdə tapmaq olar. Onun qəhrəmanlıqları haqqında məlumatlar "Tayheyki" ("Böyük Dünyanın xronikası")- Yaponiyanın 1318-1367-ci illər tarxindən götürülüb.

Beləliklə, Akasaka qalası böyük olmasa da, oraya çatmaq çətin idi, çünki dağda yerləşirdi və xəndəklərlə əhatə olunmuşdu. Qalanı müdafiə edən qarnizon da böyük deyildi, lakin onu böyük bir ordu mühasirəyə almışdı. Buna baxmayaraq, sequnat ordusunun ilk hücumu alınmadı. Ordu yaraq-əsləhəni çıxardaraq mühasirəni davam etdirmək üçün dağın ətəyində düşərgə saldılar. Və burada arxa tərəfdən əvvəlcədən meşədə gizlənmiş Masasiqenin atlıları hücum etdi, düşmənin hərbçiləri hücum edənlərə tərəf dönən vaxt atlıların başqa bir dəstəsi onlara qapı tərəfdən zərbə endirdi. Öldürəlinlərin sayı o qədər çox idi ki, mühasirədə saxlayanlar ruhdan düşdü, lakin digərləri bu rüsvayçılığa görə qisas almaq qərarına gəldilər və tezliklə hücuma keçdilər.

Döyüşçülər qaladan özlərinə tərəf oxlar atılmadığını görərək qalanın ətrafındakı xəndəyi əhatə edən divara dırmaşmağa başladılar, lakin onlar bilmirdilər ki, divar iki cərgəli şalbandan ibarətdir və birinci cərgə əvvəlcədən kəsilib. Mühasirədə olanlar məqamı gözlədilər və eyni vaxtda şalbanları saxlayan kəndirləri kəsdilər. Nəticədə divar uçdu və oraya dırmaşan 1000-dən çox adam aşağı yıxıldı. Müdafiə olunanlar isə onların üstünə şalban və daşlar atmağa başladılar və bu yolla 700-dən çox adamı məhv etdilər.

Növbəti dəfə onlar daşlardan qorunmaq üçün başları üzərində dəri ilə örtülmüş taxta sipərlər tutaraq hücuma keçdilər. Amma hücum edənlər xəndəyin dibinə toplaşan vaxt qalanın müdafiəçiləri uzun bambuk tutacaqlar vasitəsilə çalovlardan onların üzərinə qaynar su tökməyə başladılar. Su dəbilqələrin- tehenin üstündəki deşiklərdən samurayların boyunlarına və çiyin kəmərlərinə tökülərək yandırmağa başladı. Zərərçəkənlərdən heç kim ölməsə də, çoxları yanıq xəsarətləri aldılar və dayana bilmədilər, digərlərinin isə baş və kürəyində suluqlar əmələ gəldi.

Amma mühasirədə olanların ərzağı az idi. Buna görə də Masasiqe hiyləgərliklə qaçmağı, təslim olmağı və ölməyi təklif etdi. Və samurayları onunla tam razılaşdılar. Düşməni aldatmaq üçün onlar qalada dərinliyi on fut olan böyük çala qazdılar, xəndəkdən onlarca meyit çıxararaq bu çalaya atdılar. Sonra onların üstünə ağac kömür və çör-çöp yığaraq küləkli və yağışlı gecəni gözləməyə başladılar. Görünür, səma Masasiqeyə mərhəmət göstərdi, çünki gözlənilmədən qum buludu yaradan güclü külək başladı və əlavə olaraq, sel kimi yağış yağdı. Gecə çox qaranlıq idi, hamı öz çadırlarına qapanmışdı.

Bundan yaxşısını arzulamaq olmazdı. Masasiqe samuraylardan birini qalada saxladı və ona əmr etdi: "Mənim siqnalımı görən vaxt qalanı yandır". Sonra onun döyüşçüləri yaraq-əsləhələrini çıxardaraq düşmən komandirləri və yatmış hərbçilərin çadırlarının yaxılığından keçib getdilər.

Masasiqe impertor zabiti Naqasaki Takasadanın at tövləsinin qabağından keçən vaxt döyüşçülərdən kimsə onu görərək söruşdu: "Cənab, siz nə üçün gizli olaraq bizim komandirimizin çadırının yanında gəzirsiniz və öz adınızı demirsiniz?"

"Mən komandirin vassalıyam və yolumu azmışam" – Masasiqe cavab verərək kənara qaçdı. Onu saxlamaq istəyən döyüşçü qışqırdı: "Quldur! O, at oğrusudur, buna inanıram! Onu öldürün!"- və Masasiqeyə tərəf ox atdı. Maraqlıdır ki, ox talismana dəydi və beləliklə, Masasiqe xilas oldu. Əvvəlcədən danışıldığı kimi qaladakı samuray məşəllə verilən siqnalı görərək dərhal qalanı yandırdı. Qalanı mühasirə edənlər alovu görərək qışqırdılar: "Qala yanır. Heç kəsin aradan çıxmasına imkan verməyin!" Dəhşətli çaxnaşma yarandı. Nəhayət, yanğın sönəndən sonra onlar qalaya daxil oldular və nəhəng çalada kömürlə qarışmış yanmış cəsədləri gördülər. Masasiqe və samurayları isə artıq çox uzaqda idilər.

Başqa bir vaxtda Masasiqe artıq digər bir qalanı müdafiə edirdi və onun düşmənləri qapıya yaxınlaşmağın mümkün olmadığını görən vaxt (onun qarşısında dərin xəndək-dibində daşlar olan əsl dərə var idi) aşırma körpü tikmək qərarına gəldilər. Körpü tikildi, sonra onu kanatlar vasitəsilə yuxarı qaldıraraq aşağıya elə endirdilər ki, körpü dərənin üstünü örtdü və onun qabaq tərəfi, az qala, qapıya dirəndi. Sonra samuraylar sıx cərgələrlə düzlənərək körpüyə çıxdılar. Onlar ümid edirdilər ki, Masasiqenin oxatanları bu cür kütləni axıra kimi vurmağa çatdırmayacaqlar. Massiqe isə belə etmədi, o, əvvəlcədən fikirləşərək körpüyə yanğın nasosu vasitəsilə neft səpməyə başladı və sonra oraya yanan məşəl atdı. Samurayların yaxın cərgələri körpü ilə birlikdə yanmağa, arxadakı cərgələr isə qabaqdakıları sıxışdırmağa başladı, çünki onlar irəlidə nə baş verdiyini görmürdülər.

Nəticədə çoxsaylı döyüşçü kütləsi körpü üzərində tələyə düşdü. Sonra isə körpü üzərindəki adamların ağırlığına tab gətirməyərək yarıya bölündü və dərəyə uçdu. Külək alovu qızışdırdı və onun dibi od tutub yanan cəhənnəmə döndü.

"Bu cür müharibə"nin qalanı mühasirədə saxlayanlarda necə təəssürat yaratdığı və bundan sonra onların hansı əhval-ruhiyyədə olduğu aydındır.

Buna görə də yapon samuraylarının yalnız Busido kodeksi üzrə yaşadıqlarını deyənlər haqlı deyillər. Bütün zamanların və bütün xalqların normal adamları kimi onlar da müəyyən hallarda özlərinə faydalı olanlara uyğun hərəkət edib, düşmənin aldadılmasını şərəf və ağılın nümayişi hesab ediblər, axmaq ölümləri sevməyiblər.

Ideyaya görə, əgər Busido kodeksinə riayət edilərdisə, Masasiqe və onun döyüşçüləri döyüşdə ölməli idilər, lakin o, başqa cür hərəkət etməyə üstünlük verib. Nəticədə onun bir sərkərdə kimi şöhrəti geniş yayılıb, ordu daha güclü və çoxsaylı olub, düşmənləri isə artıq asanlıqla ona qarşı cəza dəstələri göndərə bilməyiblər.