Bakıda başı kəsilən tələbə qızın bacısı tərəfindən qətlə yetirildiyi məlum olub

23 Oktyabr 2014 11:33 (UTC+04:00)

Bakıda törədilən dəhşətli qətlin üstü açılıb.


Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

 

Hadisəni törədən P. Nuriyeva saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

 

Qeyd edək ki, oktyabrın 22-də Xudu Məmmədov küçəsi-18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.