Mübariz Qurbanlı mətbuat xidmətini işdən çıxartdı

23 Oktyabr 2014 11:00 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub. Trend-in əldə etdiyi məlumata görə, qurumun mətbuat xidmətinin rəhbəri Orxan Əli vəzifəsindən kənarlaşdırılıb. Bu vəzifəyə hələki təyinat olmayıb.Qeyd edək ki, Orxan Əli 2012-ci ilin iyun ayından bu vəzifədə çalışırdı. Bundan öncə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsini Saleh Aslanov yerinə yetirirdi.