Ağ ev Kennedinin vaxtında

23 Oktyabr 2014 12:15 (UTC+04:00)

Ben Bredli, Harvardda Con.F.Kennedi ilə eyni dövrdə oxumuşdu. Lakin dostluqları illər sonra Corctaunda eyni küçədə ev aldıqları vaxt başlayıb. 


Movqe.az xəbər verir ki, Kennedi ilə ölənə qədər dost qalan, Ağ evə gedib-gələn Bredli, illər sonra bir jurnalist olaraq prezidentə çox yaxın olmaqda tənqid edilsə də o, iki əlaqəni ayrı tutmağı bacardığını bildirmişdi.


 Kennedinin o dövr hamının bildiyi, lakin qəzetlərə əks olunmayan qadağan eşq münasibətindən isə xəbərdar olmadığını iddia edib. Kennedinin birlikdə olduğu qadınlar arasında Bredlinin baldızı da olub.