Almaniya digital interneti inkişaf etdirir

23 Oktyabr 2014 13:26 (UTC+04:00)

Alman telekommunikasiya, informasiya və texnologiya sektoru və dövlətin ortaq şəkildə təşkil etdiyi 8-ci Milli İnformasiya 2014 Zirvəsi Hamburqda reallaşıb. Bu il "Rəqəmsal dünyada həyata və iş mövzusu başlığı altında təşkil edilən sammitin açılışını Federal İqtisadiyyat naziri Sigmar Gabriel Hamburg, Əyalət Baş naziri Olaf Scholz ilə birlikdə edib. Açılışa aralarında federal nazirlə yanaşı , BITKOM rəhbər iDieter Kempf, DB, BMW, Telekom, IBM, SAP və Siemens kimi çox sayda şirkət idarəçisi və nümayəndələri ilə iş və siyasət dünyasından təxminən 800 nəfər qatılıb.