Məktəblərdə qızılca və məxmərəyə qarşı vaksinasiya-Özəl

23 Oktyabr 2014 12:40 (UTC+04:00)
"Respublikanın dörd rayonunda keçirilən immunlaşdırma həftəsi bu ayın 28-də başa çatacaq. Oktyabrın 14-dən start verilən immunlaşdırma həftəsi çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Ağcabədi rayonlarında 11-15 yaş qruplarında məktəbli uşaqların 78 faizi qızılca və məxmərəyə qarşı peyvənd olunub". Bu barədə məlumatı Movqe.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  verib. A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd bu yaş qruplarında uşaqlarda qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsidir. A. Əliyeva respublikanın digər rayonlarında isə "təmizləyici immunlaşdırma" tədbirlərinin görüldüyünü söyləyib. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində tək-tək peyvənddən kənar qala uşaqlar vaksinasiya edilir.