QMİ sədri: “Azərbaycanda heç kim ehsanın əleyhinə deyil”

23 Oktyabr 2014 14:03 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

 

O qeyd edib ki, müqəddəs Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir: "Lakin bəzi insanlar bunu düzgün anlamır. Xalqımızın mentalitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə".

 

Şeyx onu da deyib ki, yas məclislərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir. "İslamda bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi israf hesab edilir".