Nazir müavini: "Hər bir ana və uşaq ölmü bizi naraht edir"

23 Oktyabr 2014 16:45 (UTC+04:00)

"Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir". Movqe.az-ın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, hər bir ana və körpə ölümü Səhiyyə Nazirliyini də, cəmiyyəti də narahat edir. Ana və uşaq ölümünün dünyanın bütün ölkələrində baş verdiyini söyləyən E. Ağayev qeyd edib ki, əksər hallarda analara vaxtında həkimə getməyin vacibliyi barədə müraciət olunur: "Həkimə gec müraciət etdikdə, hamiləlik zamanı həkim nəzarətində olmadıqda, sonda belə problemlər ortaya çıxa bilər. Bu da tək-tək hallarda baş verir. Hər bir ana və uşaq ölümü Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır və günahkarlar cəzalandırılır. Bundan əlavə, regionlarda da metodik tövsiyə xarakterli tədbirlər keçirilir və ginekoloqlar bu sahədə maarifləndirilir".