Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb, xeyli yaralı var

23 Oktyabr 2014 16:32 (UTC+04:00)

Bakıda avtobus qəzası baş verib.


Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Göy Zavodun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.

 

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

 

Hazırda yol polisi hadisə yerində araşdırma aparır.