Windows 10 yeniləndi!

24 Oktyabr 2014 11:35 (UTC+04:00)

Microsoft, Windows 10-un yeni bir texniki ön izləmə quruluşunu inkişaf etdiricilərə göndərməyə başlayıb. Yeni quruluşda ilk Action Center bizi qarşılayır və bunun yanında təxminən 7 min dəyişiklik edildiyi deyilir. 


Movqe.az xəbər verir ki, Microsoft, dəyişikliklərdən bəzilərinin Windows Insider Programı vasitəsilə, istifadəçilərin etdiyi təkliflər istiqamətində edildiyini söyləyir. 


Digər iki yenilik, Windows Phonedakı Battery Saver və Data Sense funksiyalarının Windows 10-a uyğunlaşdırılmış olmasıdır. 


Yeni quruluşda tətbiqləri monitorlar arasında daşımağı asanlaşdıracaq bir klaviatura qısa yolu da var. Windows + SHIFT + [ox düyməsi] klaviatura qısa yolundan istifadə edərək bu funksiyadan faydalana bilərsiniz.