8 rayonda qaz olmayacaq
24 Oktyabr 2014 11:00 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında
məhdudiyyətlər olacaq. "Azəriqaz"
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən
məlumata görə, bu gün saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər
rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, saat
11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 12:00-dan
14:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək
Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi
rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr
yaranacaq. Fasilələrin yaranması qaz
nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin
aparılması ilə əlaqədardır.