Bakıda məhbus öldü

24 Oktyabr 2014 12:00 (UTC+04:00)
Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, təcridxanada saxlanılan 1960-cı il təvəllüdlü İlkin Qurbanov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü deyilir. Qeyd edək ki, İlkin Qurbanov narkotik vasitələrin alış-satışından təqsirli bilinirdi. Faktla bağlı araşdırma aparılır.