Azərbaycanda dəhşətli intihar

24 Oktyabr 2014 12:20 (UTC+04:00)
Sumqayıt şəhərində 47 yaşlı qadının asılmış meyiti tapılıb. Sumqyıt şəhər prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Corat qəsəbəsi ev 293 ünvanında qeydə alınıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına saat 01 radələrində məlumat verilib. Məlum daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Araşdırmalar zamanı ölən şəxsin 1967-ci il təvəllüdlü Təranə Qaraoğlan qızı Malomeyeva olduğu məlum olub. Həmçinin araşdırmalarda qadının intihar etdiyi müəyyənləşib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.