Müğənniyə canlı efirdə elçi düşdülər

24 Oktyabr 2014 12:35 (UTC+04:00)

Müğənni Günay İbrahimliyə "Gün üzü" verilişində elçi düşüb.  Movqe.az xəbər verir ki,  tamaşaçılar arasında yer alan bir xanım ifaçını çox bəyəndiyini, onu gəlini kimi görmək istədiyini bildirib:"Günaydan çox xoşum gəlir. İstəyirəm ki, gəlinim olsun".

Aparıcı İlqar Mikayıloğlunun "Günay belə qayınana istəyərmi" sualına müğənninin cavabı bu cür olub:"Xanımın üzündə nur var. Qayınana-gəlin məsələsini niyə şişirdirsiniz ki? Elə qayınanalar var ki, gəlinlə çox gözəl yola gedir".