Xoşqədəm Hidayətqızı: "Ailə qurmağımla bağlı bütün xəbərlərə..."

24 Oktyabr 2014 14:04 (UTC+04:00)
Teleaparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatı ilə bağlı yenidən gündəmə gəlib. Bir müddət öncə Suriyada ayağının zədə alması ilə bağlı yalan xəbərlər yayılan aparıcı bu dəfə də Türkiyəli müğənni Doğuşla evləndiyini sübuta yetirəcək fotolar yayıb. Əldə etdiyimiz məlumata görə, aparıcının bu addımı piar məqsədi  daşıyır. Mövqe.az xəbər verir ki, X. Hidayətqızı özü bu barədə belə açıqlama verib:   "Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsr kimi oldu. Mən "Səni axtarıram"sız qala bilmərəm. Amma elə bilməyin, bu 3 gündə axtarışları unutdum, yox, əksinə 3 ildir aparılan axtarışları yekunlaşdırdım. Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm. Və bir məlumatı da verim. Ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar 22:00-dakı buraxılışımızda münasibət bildirəcəyəm. Allah hər kəsə kömək olsun. O cümlədən "Sənir axtarıram"a ümid yeri kimi baxan hər həsə. Amin!"