Bakıda yaşayış binasının çardağından çürümüş kişi meyiti tapılıb

19 İyul 2012 20:15 (UTC+04:00)
Bakıda yaşayış binasında meyit tapılıb.

Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan bildirilib. 

Məlumata görə, Nəsimi rayonu Səməd Vurğun küçəsi 17 saylı yaşayış binasının çardağında çürüməyə məruz qalan 50-55 yaşlı kişi meyiti aşkar edilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.