Ermənilər çətin vəziyyətdə
24 Oktyabr 2014 18:47 (UTC+04:00)
"Rusiya separatçı Qarabağ rejimi və Ermənistanın
sərhədində gömrük işinə müdaxiləni planlaşdırmır".
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya
Federal gömrük xidmətinin rəhbəri Andrey Belyaninov
deyib.
O bildirib ki, Ermənistan və qondarma Dağlıq
Qarabağ rejimi arasında gömrük postunun qurulması prosesində RF
iştirak etməyəcək:
"Mən Ermənistana yeni xüsusi nümayəndə təyin
etmişəm. O, tezliklə Ermənistana gələcək. Çox güman ki, o, xaricə
səfər edəcək. Bununla belə, bizim erməni gömrükçülərin işinə
qarışmaq fikrimiz yoxdur. Bu gün əsas məsələ işçi dili ilə
bağlıdır. Gömrük İttifaqında Rusiya, Belarus və Qazaxıstanda işçi
dili kimi rus dilini istifadə edilir. Ancaq, məlum olduğu kimi
Ermənistanda erməni dili istifadə olunur", - deyə Andrey Belyaninov
söyləyib.
Qeyd edək ki, Rusiyanın Ermənistanla separatçı
dövlət arasında gömrük postunun müəyyənləşdirilməsində iştirakdan
imtina etməsi Azərbaycan üçün müsbət məqamdır. Azərbaycan və
Ermənistan prezidentlərinin görüşü ərəfəsində Rusiyanın ehtiyyatlı
addımlar atması şimal qonşumuzun bölgədə təşəbbüsü əldən verməmək
cəhdi kimi qiymətləndirilir.
Rusiya həmçinin, bir müddət öncə Azərbaycanla
müxtəlig sahələr üzrə bir sıra müqavilələr imzalayıb. Avropa və
ABŞ-ın sanksiyaları fonunda ağır iqtisadi zərbə alan RF hazırda
Azərbaycan kimi bir ölkə ilə əməkdaşlığa əvvəlkindən daha da
maraqlıdır. Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin demək olar ki,
yox dərəcəsində olduğu Ermənistanla deyil, məhz Azərbaycanla
əlaqələrə maraq göstərir. Bu proses isə Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycan lehinə həllində müsbət rol oynayır.