Yaponiyanı vulkan məhv edə bilər

25 Oktyabr 2014 09:01 (UTC+04:00)
Yaponiyanın seysmoloji tədqiqatlar sahəsində fəaliyyət göstərən ekspertlər güman edirlər ki, yaxın yüzillikdə bu ölkə Yer üzündən silinə bilər. Mütəxəssislər hesab edirlər ki, buna səbəb yaxın yüz ildə gözlənilən vulkan püskürməsidir. Yaponiya alimlərinin analitik təsəvvürlərinə görə, daha böyük təhlükə hələlik yatmış vəziyyətdə olan Nankai vulkanıdır. Bu vulkan püskürdyü təqdirdə dərhal yüz minlərlə insanın məhvinə səbəb olacaq. Təəssüf ki, bununla bağlı mütəxəssislərin analitik qənaətləri qorxuldur və real faktlara əsaslanır.
Seysmoloqların fikrini fərziyyə adlandıran digər ekspertlərin fikrincə isə, vulkanın yaxın yüz ildə püskürmə ehtimalı bir faizə bərabərdir.