19 İyul 2012 15:49 (UTC+04:00)
Bu gün saat 07.00
radələrində DSX-nin Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi
hissənin anbarında yanğın olub.
Dövlət Sərhəd Xidməti (DSX) və Fövqəladə Hallar Nazirliyi (FHN)
Bakıda Sərhəd Qoşunlarına məxsus "N" saylı hərbi hissədə baş verən
yanğınla bağlı birgə məlumat yayıb.APA-ya daxil olan birgə məlumatda
bildirilir ki, bu gün saat 07.00 radələrində baş verən yanğınla
əlaqədar baş nazirin müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri
Kəmaləddin Heydərov, DSX-nin rəisi Elçin Quliyev və respublika
hərbi prokuroru Xanlar Vəliyev hadisə yerinə gəliblər.
Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gələn FHN-nin
xüsusi dəstələri və texnikası, həmçinin aviatexnikası tərəfindən
görülmüş tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb
və az müddətdən sonra yanğın tam söndürülüb.
Hazırda baş vermiş hadisə ilə əlaqədar FHN, DSX və Hərbi
Prokurorluq tərəfindən araşdırma aparılır.