Dünyanın ən yüksəkdə yerləşən ölkəsi

25 Oktyabr 2014 09:20 (UTC+04:00)
Dünyanın ən yüksəkdə yerləşən ölkəsi Nepaldır. Budduzm məhz burada yaranıb və o, bu gün də dünyanın ən qədim dövləti hesab olunur. Ən yüksəkdə yerləşən ölkə uca dağlar üzərindədir. Yerli sakinlər inanırlar ki, onların ölkəsi torpağın təkindən Himalay dağları ilə birlikdə yaranıb. Nepal inanc, meditasiya və Tibet təbabəti həvəskarlarının yeridir. Bu ölkədə çoxlu sayda budda məbədləri və monastırları vardır. Buradan həmçinin asanlıqla Tibetə, eləcə də Dünyanın Damı olan Everest zirvəsinə çatmaq olar. Ən qədim dağlıq ölkənin min illərlə tarixi vardır. Burada, demək olar ki, müharibələr olmayıb. Ölkədə çoxlu dini abidələrə rast gəlmək mümkündür. Onlardan bəziləri YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib. Hər il bu ən yüksək ölkəyə təkcə ölkənin tarixi və gözəlliyi yox, eləcə də Everest dağının cəlb etdiyi çoxlu sayda turist gəlir. Dünyada ən yüksək yerdə yerləşən ölkənin paytaxtı Katmandudur. Ölkənin əhalisi 28 875 140 nəfərdir. Nepalın ümumi ərazisinin təqribən 40 faizi dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşir. Buna görə də Nepal haqlı olaraq ən yüksək ölkələr siyahısına liderlik edir. Ölkə Himalay dağlarının yamaclarında yerləşir, ona görə də burada iqlim hündürlükdən asılıdır. Nepalı cənubdan şimala yüksələn böyük nərdivan kimi təqdim edirlər. Nepal bir neçə iqlim zonasına malik olduğu üçün dünyada ən unikal ölkə hesab edilir. Ölkə şimal tərəfdən Tibet, cənub tərəfdən isə Hindistanla sərhəddir. Ölkənin ümumi sahəsi 147 181 kv.kilometrdir. Mərkəzdə qayalı dağlardan ibarət vadilər vardır. Dağlarda çoxlu sayda terraslar müşahidə etmək olar. Məhz burada qədim vaxtlardan düyü yetişdirirlər. Buna görə də ölkənin milli yeməyi "dal"- maş və təzə soya ilə yeyilən qaynanmış düyüdür. Nepallılar ət yeməklərini yalnız bayramlarda yeyirlər. O, bu ölkədə delikates hesab edilir. Buna görə də nepallılar vegetariandırlar. Burada ət kimi camış, keçi və ya cücə ətindən istifadə edirlər. İnək isə Nepalda müqəddəs hesab edilir, bu səbəbdən də inək ətindən heç bir yemək hazırlanmır.
Dəniz səviyyəsindən 2000-4000 yüksəklikdə olan dağətəyi ərazidə dünyanın ən hündür Himalay dağı yüksəlir. Turistlər Lumbiniyə də getməyi sevirlər. Bu şəhər Buddanın vətəni hesab olunur. Nepalın populyar kurortu isə Pokharadır. Şəhər dünyanın ən gözəl göllərindən biri- Fevanın sahilində yerləşir.