Avtomobil piyada qarşısında avtomatik olaraq dayanacaq
25 Oktyabr 2014 09:23 (UTC+04:00)
"Ford" avtomobil şirkətinin rəhbərliyi qarşıda piayda olduğu
təqdirdə avtomobili avtomatik olaraq saxlayan
sistemin-"pre-collision assist"in hazırlandığı barədə məlumat
verib. Sistem yaxın gələcəkdə hərəkət zamanı piaydaları vurmamaq
üçün "Ford" şirkətinin yeni avtomobillərinə tətbiq olunacaq.
Sistemə avtomobil hərəkəti zamanı yolda piyadanın olduğunu skanirə
edən radar daxildir. Qurada əvvəlcə informasiya analiz edilir və
sonra ehtiyac yaranırsa, avtomobil avtomatik olaraq dayanır.
Avtomobil ekspertlərinin fikrincə, bu cür sistemdən istifadə yolda
baş verən bədbəxt hadisələrin xeyli azalmasına gətirib
çıxaracaq.Xüsusi radar avtomobilin ön bamperi tərəfdə
quraşdırılacaq. Piyadanı vurmaqda azacıq təhlükə yaranan kimi
sistem bu barədə sürücü displeyinə siqnal ötürür, əgər sürücü buna
reaksiya vermirsə, avtomobil təcili əyləc sistemindən istifadə
edərək avtomatik olaraq dayanır.
Şirkət bu cür ilk radarları 2015-ci ildə Ford Mondeo modelinə
quraşdırmağı planlaşdırır. Hələlik yeni sistemin quraşdırılmasının
avtomobilin qiymətinə necə təsir edəcəyi barədə məlumat
verilmir.