Bu günün hava proqnozu

25 Oktyabr 2014 10:33 (UTC+04:00)
Movqe.az xəbər verir ki,Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Temperatur gecə 10-13° isti, gündüz 16-21° isti, axşama doğru 8-12°, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti, axşama doğru 10-12° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Şimal və şərq rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Temperaturun gecə 9-14° isti, gündüz 20-15° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin arabir 18-23 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 4-9° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyinin arabir 15-20 m/s olacağı, gündüz arabir 25-30 m/s-yə çatacağı istisna olunmur.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin 15-20 m/s, gündüz arabir 23-28 m/s olacağı, axşam bəzi yerlərdə 30-33 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındaarabir havanın yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyinin 15-20 m/s olacağı, gündüz arabir 25-30 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, axşam bəzi rayonlarda 30-33 m/s-yə çatacağı istisna olunmur.

Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındaarabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şimal-şərq küləyinin 15-20 m/s olacağı, axşam arabir 25-30 m/s-yə çatacağı gözlənilir.

Temperaturun gecə 13-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 8-13° isti, gündüz 12-17° isti olacağı gözlənilir.