Davudoğludan erməniyə jest

25 Oktyabr 2014 12:09 (UTC+04:00)
Türkiyə baş naziri Əhməd Davudoğlu nazirlikdə yer alan əsas şəxslərin sırasına sürpriz bir şəxsi daxil edib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, erməni əsilli jurnalist-yazıçı Etyən Mahcubyan Türkiyə baş naziri Əhməd Davudoğlunun baş müşaviri olub. Bu haqda ölkəni "Vatan" qəzeti saytında xəbər yer alıb.

Davudoğlunun son Aqil İnsanlar iclasında ona bu təklifi etdiyi və onun da təklifi məmnuniyyətlə qəbul etdiyi bildirilir.

Davudoğlu ilə Mahcubyanın tanışlıqlarının illər öncəyə dayandığı, demokratiya və azadlıq mövzusunda keçirilən bir çox toplantılarda bir araya gəldikləri qeyd edilir.

Qeyd edək ki, bu il Türkiyədə keçirilən prezident seçkisindən əvvəl Mahçubyan R. T. Ərdoğana səs verəcəyini açıqlamış və artıq 10 ildir bu şəxsi dəstəklədiyini bildirmişdi. Bu səbəbdən onun "Zaman" qəzetindəki işinə son verilmişdi.

1972-ci ildə Boğaziçi Universiteti kimya mühəndisliyi bölümündən məzun olan Mahcubyan bir müddət "Radikal" "Zaman" və "Agos" kimi məşhur qəzetlərdə işləyib.