Ermənistanın partiya sədri: “Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur”

25 Oktyabr 2014 11:42 (UTC+04:00)
İrəvanda minlərlə müxalifət tərəfdarları yürüş keçirib. Movqe.az-ın "NEWS.am"a istinadən verdiyi xəbərə görə, yürüşə parlamentdəki müxlaifət üçlüyünün ("Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs") liderləri rəhbərlik edib.
Məlumata görə, yürüş başladıqdan az sonra partiya liderləri aksiyanı tərk ediblər. Lakin mitinq sonadək davam edib.
Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan aksiyadakı çıxışında bildirib ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi prosesinə dair qərar verilib: "Biz bu prosesi uzatmaq niyyətində deyilik, heç kim lənglik nümayiş etdirməyəcək", deyə Zurabyan qeyd edib. O, gələcəkdə oturaq etiraz aksiyalarının keçiriləcəyini vurğulayıb.
"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə çıxışında Ermənistana yeni keyfiyyətə malik hakimiyyətin lazım olduğunu bildirib, Sarkisyan hakimiyyətinin əleyhinə fikirlər səsləndirib: "Ölkə və xalq acınacaqlı vəziyyətdədir, hakimiyyətin yürütdüyü siyasət nəticəsində əhalinin ölkəni tərk etməsi getdikcə artır. Xarici siyasətdə də uçurumlar müşahidə olunur. Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur və biz vəziyyəti dəyişməliyik".