Türkiyədə MERS təhlükəsi böyüdü
25 Oktyabr 2014 13:04 (UTC+04:00)
Türkiyədə MERS - Yaxın Şərq Tənəffüs Sindromu virusu ilə əlaqədar
təhlükə daha da böyüyüb.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, ötən gün Samsun,
Balıkəsir, Qars, Ağrı, Biləcik və Dənizli vilayətlərində,
ümumilikdə 10-a yaxın virusa yoluxma halları aşkarlanıb.
Xəstələrdə ürək bulantısı, baş ağrısı və yüksək temperatur müşahidə
olunub.
Xəstələr müxtəlif vilayətlər üzrə müvafiq xəstəxanalara
yerləşdiriliblər.
Sözügedən xəstələr bir müddət əvvəl həcc ziyarətindən qayıdan
insanlardır.