Avtomobil sürən qadınlar cəzalandırılacaq
25 Oktyabr 2014 12:21 (UTC+04:00)
Oktyabrın 26-da avtomobil sürmə çağırışına qoşulan Səudiyyə
qadınları Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən
cəzalandırılacaq.Movqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanı
Daxili İşlər Nazirliyi sözçüsü Mənsur Türki avtomobil sürməyə
təşviq etmək məqsədi ilə həyata keçirilən kampaniyada iştirak edən
qadınlara qarşı sanksiya tətbiq olunacağını açıqlayıb.
Bu arada Səudiyyə Ərəbistanında bəzi qadın fəallar sosial
şəbəkələrdə oktyabrın 26-da bütün qadınlara avtomobil idarə etmə
çağırışı ediblər.Türki isə "Ölkədə sabitliyi pozmağa
istiqamətləndirilmiş çağırışlara uyanlar"ın cəzalanacağını
bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı "Yüksək Alimlər Şurası" 1990-cı
ildə fitva verərək qadınların avtomobil idarə etməsinin gələcəkdə
böyük ziyanlar yaratdığını əsas gətirərək dinə zidd davranış
olduğunubildirib. Səudiyyə qadınları 1990-cı ildən tez-tez kütləvi
şəkildə sükan arxasına keçərək rəhbərliyin qadağalarına meydan
oxuyurlar.