Mourinyonu belə görməmisiniz

25 Oktyabr 2014 11:57 (UTC+04:00)
İngiltərənin "Mançester Yunayted" klubunun hollandiyalı baş məşqçisi Lui Van Qaal Joze Mourinyonun dünyanın ən yaxşı məşqçisi sayılmasından təəccübləndiyini bildirib. Movqe.az-ın məlumatına görə, Lui Van Qaal əvvəllər onun köməkçisi işləmiş Mourinyonun vaxtında yaxşı məşqçi ola bilməsini ağlına belə  gətirmədiyini bildirib. "Bu mənim üçün sürprizdir. O təkcə mənə yox həm də Bobbi Robsona minnətdarlıq edirdi. Mən bunu qiymətləndirirəm. Ancaq insan hər şeyə özü nail olur", - deyə Van Qaal vurğulatyıb.
Qeyd edək ki, İngiltərə çempionatının 9-cu turunda Van Qaalın çalışdırdığı "Mançester Yunayted"lə Mourinyonun baş məşqçisi olduğu "Çelsi" üz-üzə gələcək.