İtlər 14 yaşlı qızı parçaladı

25 Oktyabr 2014 16:01 (UTC+04:00)

İngiltərədə itlər 14 yaşlı qızı parçalayıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Ceyd Loman Anderson adlı qız dostu Kimbirli Konkennonun evinin mətbəxində 4 itin hücumuna məruz qalıb. Mikrodalğalı sobada bişən şirniyyatın qoxusunu alan itlər qıza hücum çəkib. Qız aldığı yaralardan həlak olub.

Tibbi ekspertiza itlərin qızı bir çox yerindən dişlədiyini, amma boynundan aldğı yarların ölümünə səbə olduğunu açıqlayıb.

İtlərlə pis rəftar etdiyini etiraf edən Kimbirlinin anası isə 16 həftə azadlıqdan məhrum edilib.