Fələstinli terrorçunun evi dağıdılacaq

25 Oktyabr 2014 16:15 (UTC+04:00)

22 oktyabrda terror aktı törətmiş fələstinli Əbd Ər Rəhman Şaludinin evi dağıdılacaq.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İsrailin daxili işlər naziri İsxah Aronoviç bəyanat verib. Nazir terror nəticəsində dünyasını dəyişənlərdən birinin evini ziyarət edərkən deyib ki, terrorçuya qarşı sanksiyalar tətbiq olunacaq. O cümlədən onun evinin dağıdılması da gündəmdədir.

Qeyd edək ki, terror hadisəsi oktyabrın 22-i, Yerusəlim şəhərinin yəhudilər yaşayan məhəlləsində baş verib.

"Həmas" üzvü olan 21 yaşlı Əbd Ər Rəhman Şaludi idarə etdiyi "Volkswagen" avtomobilini tramvay dayanacağındakı insanların üstünə sürüb.

Nəticədə, 8 insan yaralanıb. Yaralanan kişilərdən birinin qucağında olan 3 aylıq qız usagı - Xaya Zisel Braun ölüb.

Teroru törədən Əbd Ər Rəhman Şaludi də polislər tərəfindən ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, keçinib.