Braziliyalı daha bir neçə ay oynamayacaq

25 Oktyabr 2014 18:07 (UTC+04:00)

"Bayern Munchen" klubunun yarımmüdafiəçisi Tiyaqo Alkantara dünən dizindən ağır əməliyyat keçirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bir neçə ay bərpa prosesi keçməli olacaq. 23 yaşlı Alkantara martın 29-da "Hoffenheim"ə qarşı matçda dizindən zədələnmişdi. Həmin vaxtdan sonra meydana çıxa bilməyən futbolçu 2014 Braziliya Mundialını da buraxmalı olmuşdu.


Qeyd edək ki, Tiyaqo əməliyyatdan öncə klubun rəsmi saytına müsahibə verərək mübarizə aparacağını və meydanlara qaytımaq istədiyini bildirmişdi.