Bu 3 qoldan biri La Liqada mövsümün qolu olacaq

26 Oktyabr 2014 00:00 (UTC+04:00)

İspaniya La Liqasının rəhbərliyi ötən mövsüm Primeroda ən yaxşı qolu seçmək üçün 3 namizədi açıqlayıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Messi və Ronaıdo ilə yanaşı, "Villareal"dan Covanni Dos Santos da mükafat uğrunda mübarizə aparcaq.

Meksikalı Dos Santos 201-14 mövsümündə "Valencia"nın qapısına vuduğu qola görə siyahıya daxil edilib. 4-1 hesabı ilə "Villareal"ın xeyrinə başa çatan həmin matçda Marselinyonun komandası əla oyun nümayiş etdirmişdi.

Messi "Almeria"nın qapısına cərimə zərəsindən vurduğu topa görə namizədlər sırasında yer alıb. Ronaldo da "Valencia"nın qapısından keçirdiyi qola görə mükafatı qazana bilər. Ronaldonun akrobatik hərəkətlə vurduğu qol komandasına bir xal (2:2) qazandırmışdı .