"Celta" turun açılış oyununda qələbə qazandı

26 Oktyabr 2014 00:13 (UTC+04:00)

İspaniya Primerosunda 9-cu tura Viqo şəhərində start verilib. Cari mövsümə heç də pis başlamayan "Celta" uğursuz nəticələrə görə ötən tur məşqçi dəyişikliyi baş vermiş "Levante"ni qəbul edib.Movqe.az  Goal.az -a istinadən xəbər verir ki, yeni çalışdırıcı Lukas lkarazın da Valensiya təmsilçisində ilk sınağı pis nəticə ilə başa çatıb.


Baş hakim Teyşeria Vitienessin start fitindən sonra irəli atılan "Celta" 7-ci dəqiqədə Nolito ilə rəqib qapısı qarşısında ilk təhlükəli vəziyyəti yaradı. 27-ci dəqiqədə isə meydan sahibləri qol istəyinə çatıblar. Xoakin Larrivey hesabı açıb. Hücumlarını davam etdirən Eduardo Berizonun yetirmələri növbəti dəfə 41-ci dəqiqədə qola yaxınlaşıb. Nolionun zərbə mövqeyinə çıxardığı Larriey az fərqlə topu qapının yanından vurub.

Fasilədən sonra Çumetra və Ruben Qarsianın meydana daxil olması ilə taktiki düzlüşü dəyişən "Levante" bunun bəhrəsini görməyib. Valensiyalılar Pape Diopla bir neçə imkan qazansa da, məntiqi nəticəni görə bilməyib. 83-cü dəqiqədə hesab arasındakı fərq artıb. Larrivey qapıçıdan dönən topu tora göndərməklə dubla imza atıb. Matçda son nöqtəni 78-ci dəqiqədə əvəzetmədən oyuna daxil olan Aleks Lopez qoyub. O, əsas vaxta əlavə olunmuş dəqiqələdə rəqib qolkiper Marinyonun kobud səhvindən sonra adını tabloya yazdırıb 3-0.