"Times of Israel": "Erməni lobbisi ABŞ-ın maraqlarının əməl olunmasına kömək etmir"
25 Oktyabr 2014 19:17 (UTC+04:00)
ABŞ-dakı erməni lobbisi nüfuzlu qüvvədir, lakin bu qüvvə Birləşmiş
Ştatların maraqlarının əməl olunmasına kömək etmir.
Movqe.az trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin "The
Times of Israel" (timesofisrael.com) internet qəzetinin analitik
bloqunda deyilir.
Müəllifin yazdığına görə, Ermənistanın Amerikadan ildə 90 milyon
dollar yardım almasına kömək edən ABŞ-ın erməni lobbisi İsrail və
Birləşmiş Ştatların müttəfiqi olan Azərbaycanın bu yardımı
almasının qarşısını almaq üçün hər şey edir.
Məqalədə qeyd edilir ki, Ermənistanın maraqları ABŞ-ın maraqlarına
uyğun deyil, bununla belə bu ölkənin erməni lobbisi Ermənistanın
ABŞ-ın müttəfiqləri qismində baxılmayan ölkələrlə -İran və Rusiya
ilə strateji əlaqələr üçün əlverişli şərait yaradır.
Müəllif sözlərinə görə, "Wikileaks" saytının 2010-cu ildə dərc
etdiyi diplomatik yazışmalardan məlum oldu ki, Ermənistan İraqda
amerikalı hərbçilərə qarşı istifadə olunan raket və pulemyotları
İrana satıb.
Məqalədə deyilir ki, həmin vaxt ABŞ dövlət katibinin müavini Con
Neqroponte Ermənistan prezidenti Serj Sarkisyana kəskin məzmunlu
məktub göndərib. Məktubda Ermənistanın İrana silah satması
nəticəsində İraqdakı amerikalı əsgərlərin ölməsi və yaralanması ilə
bağlı dərin narahatlıq ifadə olunurdu.
Müəllif vurğulayır ki, buna baxmayaraq, ABŞ Konqresindəki "erməni
dostları", deyəsən, ABŞ-ı əhəmiyyətli maliyyə yardımının ayrılması
qismində Ermənistana köməyi davam etdirməsinə məcbur etmək üçün hər
şey ediblər.