Masallıda ferma yandı

26 Oktyabr 2014 12:05 (UTC+04:00)

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Kürdəbazlı kəndində (rayon mərkəzindən 9 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və damına yığılmış ümumi çəkisi 10 ton olan ot bağlamısının 4 tonu yanıb.

Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.