İkimərtəbəli ev yandı

26 Oktyabr 2014 13:06 (UTC+04:00)

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.


Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına verdiyi məlumata görə, Lənkəran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.