Bal verən bitki haqqında bilmədikləriniz
26 Oktyabr 2014 14:03 (UTC+04:00)
Movqe.az xəbər verir ki , şabalıd zahirən gözəl dekorativ bitki
olması ilə yanaşı, həm də çox faydalıdır. Bu bitkinin iki tanınmış
növü var: 1) Adətən küçələrdə, parklarda rastlaşdığımız yabanı at
şabalıdı; 2)Vətəni əsasən Avropa, Asiya və Şimali Amerika sayılan
həqiqi şirin şabalıd. Rusiyada şabalıd əsasən dekorativ məqsədlə
əkilirdi. Hal-hazırda isə tərkibinin faydalılığına və kaloriliyinə
görə qoz, fındıq və s. kimi bitkilərdən daha çox bu bitkiyə
üstünlük verilir. Şabalıd vegetarian pəhriz üçün əla komponentdir.
Şabalıdın tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badama
nəzərən daha aşağıdır. Onun tərkibində çoxlu nişasta (62%), şəkər
(17%), zülal (6%) vardır. Bundan əlavə, onun tərkibində 2,5%-dən
3,5%-ə qədər A, b və C qrup vitaminlər, 3%-ə qədər minerallar
vardır. Şabalıdın yetişmiş meyvələrində yağlar və vitaminlər çox
olmasa da, yetişməmiş meyvələrində əksinə C vitamininin
miqdarı1500mg%, C vitamini isə 0,18mg%-ə qədər olur. Şabalıd
ağacının yarpaqları qlükozidlər, pektin və K vitamini ilə
zəngindir.
Müalicəvi xüsusiyyətləri:
Şirin şabalıdın qurudulmuş meyvələrinin həlimindən və quru
yarpaqlarının dəmlənməsindən isə yuxarı tənəffüs yollarının
iltihabi xəstəliklərinin müalicəsində istifadə edilir. Təzə
yarpaqların dəmlənməsi göy öskürək üçün yaxşı vasitədir.
Şabalıdın meyvə və qabığını mədə-bağırsaq xəstəliklərində, böyrək
mənşəli ödemlərdə, burun qanaxmalarında istifadə etmək olar.
Meyvələrin həlimi həmçinin yaralarda, furnikullarda xarici vasitə
kimi tətbiq edilə bilər. Ümumiyyətlə, xalq təbabətində adi
şabalıdın müxtəlif hissələrindən büzücü, bərpaedici, yanıq
əleyhinə, yarasağaldıcı kimi istifadə edilir.
Xalq təbabətində həmçinin at şabalıdı da geniş yer tutur. Onun
çiçəklərindən, toxumundan və qabıqlarından olan dəmləmələr
qızdırmasalıcı vasitə kimi, həmçinin müxtəlif revmatik
xəstəliklərin müalicəsində, bronxitlərdə, venaların varikoz
genişlənmələrində, öd kisəsi xəstəliklərində, həzm prosesinin
pozulmalarında, gec sağalan yaralarda istifadə edilir.
Əczaçılıq məqsədi ilə bitkinin müxtəlif hissələri müvafiq
zamanlarda tədarük edilməlidir. Çiçəklər təbii ki, çiçəklənmə
zamanında, yarpaqlar iyun ayının axırı-iyul ayının əvvələrində,
meyvələr isə ayrı-ayrı müvafiq məqsədlər üçün kal və yetişmiş
şəkildə yığılmalıdır. Qabıq, yarpaq və çiçəklər kölgədə, meyvələr
isə gün altında qurudulmalıdır.