Rusiyada qatar avtomobillə toqquşdu, xəsarət alanlar var

26 Oktyabr 2014 14:30 (UTC+04:00)
Moskva ətrafındakı Odintsovo rayonunda yük qatarı minik avtomobili ilə toqquşub.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, qorunmayan dəmir yolu keçidində yük qatarı avtomobili vurub.

Xəsarət alanların olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat verilmir. Hazırda avtomobil yolunda və dəmir yolu xəttində nəqliyyatın hərəkəti bərpa olunub.