ABŞ İraqda neft yataqlarını bombaladı

26 Oktyabr 2014 17:01 (UTC+04:00)

Ötən gün koalisiya qüvvələrinin hərbi təyyarələri İraqda "İslam Dövləti" silahlılarına qarşı 22 hava hücumu həyata keçiriblər.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumatda bildirilir ki,əsasən Mosul Su Bəndi yaxınlığındakı hədəflər, Fəlluca şəhəri və şimalda neft yataqları ilə zəngin olan Baycı şəhərinə zərbələr endirilib.Nəticədə 200-dən çox terroçu və onlara məxsus xeyli sayda texnikaməhv edilib.

Eyni zamanda ABŞ qırıcı təyyarələrinin Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərində də "İslam Dövləti" silahlılarının ağır artileriyasını məhv etdiyi bildirilir.