WhatsApp Facebook-u geridə qoydu
26 Oktyabr 2014 21:02 (UTC+04:00)
WhatsApp son göstəricilərinə görə bütün rəqiblərini geridə
qoyub.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, "Blackberry
Messenger"in də mesajlaşma bazarına girişindən sonra vəziyyət daha
da qızışıb. Mesajlaşma platformasında rəqabətin artmasına
baxmayaraq "WhatsApp" hələ də rəqiblərindən bir addım
qabaqdadır.
Eyni zamanda, mesajlaşma xidmətinə yeniliklərlə qoşulan "Blackberry
Messenger" və "Line"nın son bir neçə həftə ərzində xeyli sayda yeni
istifadəçi əldə etdiyi də bildirilir.
Son zamanlar yeni mesajlaşma tətbiqlərinin uğur qazanması isə
bazardakı digər rəqiblərin geriləməsi mənasını verir. Hazırda bu
enişə məruz qalan mesajlaşma tətbiqi isə Facebook-un
Messengeridir.
"One Device Research"ün beş ölkədə apardığı araşdırmaya görə,
hazırda insanların 44%-i WhatsApp-dan, 35%-i isə Messenger-dən
istifadə edir.