Bu gün qar yağacaq
27 Oktyabr 2014 10:10 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və
Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı,
gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturunun gecə 6-9° isti,
gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti
olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr
civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil
edəcək. Naxçıvan Muxtar
Respublikasında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı,
gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi 3-8 m/s.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı
gözlənilir. Yuxarı Qarabağ: Xankəndi,
Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər
və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntılı olacağı,
sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 3-8
m/s.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti,
gündüz 5-10° isti olacağı
gözlənilir. Qazax, Gəncə,
Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi
yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Şərq küləyi 5-10 m/s. Havanın temperaturunun gecə 4-9° isti, gündüz
10-15° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında bəzi
yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s. Havanın
temperaturunun gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 4°
şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacağı
gözlənilir. Mərkəzi-Aran: Mingəçevir,
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün
ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə
duman olacaq. Şərq küləyi 5-10 m/s. Havanın temperaturunun gecə
5-10° isti, gündüz 12-17° isti olacağı
gözlənilir. Masallı, Yardımlı, Lerik,
Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, dağlıq
ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə
intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq
küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16°
isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı
gözlənilir.