Hərbçilərimiz bu dəfə Budapeştə və Qətərə gedir

27 Oktyabr 2014 10:40 (UTC+04:00)
Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Movqe.az  Nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 28-dən 30-dək Budapeşt şəhərində (Macarıstan) İlkin tibbi yardım zabitlərini hazırlayan təlimatçılar üçün simpozium və Doha şəhərində (Qətər) "Yırtıcı Şahin – 2015" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.