Əməkdar artist “Youtube”dan pul qazanacaq – video

27 Oktyabr 2014 09:48 (UTC+04:00)

Əməkdar artist Teymur Əmrah arzularını etiraf edib. 

Axşam.az-ın məlumatına görə, "Onlar" verilişinə açıqlama verən müğənni kloun obrazını canlandırmaq istədiyini deyib:

"Hər zaman arzulamışam ki, istedadlı rejissor olsun. Gözəl pyes yazılsın, mən də orada kloun obrazını oynayım. Çoxları bu sənətə adi yanaşır. Amma bu çox əzəmətli, böyük sənətdir. Burada gülmək də, ağlamaq da yer alsın. Bir az melodrama olsun. Qoqolun "Rivizor" tamaşasında Xlistakovu canlandırmağı təklif etdilər, istəmədim. Azacıq səsim var, nələrsə etmişəm, hörmət qazanmışam. Əgər o rolun öhdəsindən gələ bilməsəm, gözdən düşərəm. İndi çox müğənni səhnədədir, əgər efirə çıxmasam, bir ilə unudularam. Sovet dövründə deyilik ki, bir kanal olsun, 8 müğənni çıxsın, yadda qalsın. Ona görə də, çalışmaq lazımdır. 20 ildir səhnədəyəm, tarixdə qalıb-qalmayacağımı gələcək göstərəcək. Mən sənətkar deyiləm. Pis səslənir, bu adı özünə demək olmaz. Kim məni belə təqdim edirsə, onu təhqir edirəm. Çünki məni yaşlı nəslin, sənətkarların gözündən salırlar. Mən istedadlı ifaçıyam".

T.Əmrah "Youtube" vasitəsilə pul qazanacığından da danışıb:

"Buradan hər kəsə səslənirəm: mənim mahnılarımı "Youtube"a yükləməyin. Hardasa görsəm, həmin profil dağıdılacaq. Rəsmi şəkildə, ingilis dilində "Youtube" administrasiyasına məktub yazmışam. Onlar bu işlə məşğul olurlar. Bu yolla pul qazanıram. Niyə başqası qazanmalıdır ki? Zamanla öz şəxsi profilimə videolarımı, ifalarımı yerləşdirəcəm. Ən yaxın insan, veriliş heyəti belə video qoysa, profili dağıdılacaq".