17 nümunədə quduzluq xəstəliyi aşkarlanıb

27 Oktyabr 2014 12:15 (UTC+04:00)

"Bu il yanvar ayının əvvəlindən oktyabr ayınadək respublika üzrə 25 nümunədən 17-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb".  Bunu Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli söyləyib : "Həmin nümunələr ən çox sahibsiz it və çaqqallardan götürülüb. İri və xırda buynuzlu mal-qara, at, sahibli və qeydiyyatda olan it və pişiklər də nümunə götürülən heyvanlar sırasında olub".

Y. Xanvəli bildirib ki,quduzluq faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb: "Ötən ilin müvafiq dövründə daxil olan 49 nümunədən 31-də quduzluq xəstəliyi aşkarlanmışdı.