Kakao yaşlanmağın qarşısını alır

27 Oktyabr 2014 15:05 (UTC+04:00)
Amerikada aparılan elmi iş, kakaodan əldə edilən flavanol adlı maddənin yaşlanmağın qarşısını aldığını göstərib.

 Movqe.az xəbər verir ki, Kolumbia Universiteti Tibb Mərkəzindən (CUMC) elm adamlarının etdiyi araşdırma, yaşlanmağa bağlı olaraq ortaya çıxan yaddaş itkisinin beynin müəyyən  bölgəsindəki dəyişikliklərdən qaynaqlandığını və qida  ehtiva edən bir müdaxiləylə düzəldilə biləcəyini göstərən ilk iş olması baxımından əhəmiyyət daşıyır. Taube İnstitutundan Dr. Adam M. Brickmanın başçılığında edilən araşdırma, Nature Neuroscience adlı elmi jurnalı ilə yanaşı CUMC-un internet saytında nümayiş olunub. Yaşları 50-69 olan 37 sağlam xəstə üzərində 3 ay davam edən araşdırmada bir qrupa gündə 900 milliqram yüksək flavanol, başqa qrupa isə gündə 10 milliqramlıq aşağı flavanol ehtiva edən pəhriz tətbiq olunub. Araşdırmanın sonunda 20 dəqiqəlik forma tanıma testində, yüksək flavanol qəbul edən qrupun başqa qrupa görə mühüm ölçüdə uğurlu olduğu görülüb. Araşdırma qrupunun veteran üzvü Nevrologiya Professoru Scott. A. Small, yaddaş testinə aid etdiyi şərhdə, "İşin əvvəlində 60 yaşındakı insanların yaddaş xüsusiyyətlərini daşıyan iştirakçıların yaddaşları 3 aydan sonra 30-40 yaş yaddaşına çatdı" deyə söyləyib.