Partlayış açıqlaması

27 Oktyabr 2014 15:25 (UTC+04:00)
Bakıda yataqxanada baş verən partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

ANS PRESS-in naziriyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami rayonunda ikimərtəbəli yataqxana binasında baş verən partayış nəticəsində birinci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan iki otaqlı mənzilin yanğın baş verib.

Yanğın zamanı binanın 1-ci və 2-ci mərtəbələrindən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təxliyyə olunub. Hadisədə bir 1979-cu il təvəllüdlü qadın zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Yanğından qonşu mənzillər mühafizə olunub. Yanğın saat 12:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.