Azərbaycan və Fransa prezidentlərinin görüşü keçirilir

27 Oktyabr 2014 15:56 (UTC+04:00)

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi Parisdə Yelisey Sarayında qarşılayıb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisdə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə Fransa Prezidenti Fransua Olland çıxış edib. Avqust ayında isə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Dağlıq Qarabağ münaqişəsinə dair üçtərəfli görüş keçiriblər. Bundan öncə V.Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşləri keçirilib.