İrandan Rusiyaya zərbə

27 Oktyabr 2014 18:31 (UTC+04:00)
İran neft hasilatını tezliklə gündəlik 1,5 dəfə artıraraq 4,3 milyon barelə çatdıracaq.

ANS PRESS-in məlumatına görə, bunu İran neft nazirinin müavini Mənsur Moazzami bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, neft emalı da paralel şəkildə yüksələcək. Bu, indi gündəlik 1,8 milyon barel təşkil edir. Bu rəqəmin 3 milyon barelə çatdırılması planlaşdırılır. 

Xatırladaq ki, OPEK bu ilin sentyabrında İranda gündəlik 2,675 milyon barel neft çıxarıldığını bildirib