“Kobani İŞİD-in əlinə keçdi” – İngilis jurnalist

28 Oktyabr 2014 09:39 (UTC+04:00)

2 ildir ki, İŞİD-in əlində əsir olan ingilis jurnalisti Con Cantlie Kobanidən xəbər yayaraq bu şəhərin tamamilə yaraqlıların əlinə keçdiyini deyib.Movqe.az xəbər verir ki, 2012-ci ilin noyabrından bəri İŞİD-in əlində əsir olan və daha əvvəl çəkilən bir videoyla gündəmə gələn ingilis jurnalist Con Cantlie Kobanidən maraqlı açıqlamalar verib.

Türkiyə sərhədində çəkilən videoda Kobaninin tamamilə İŞİD-in əlinə keçdiyi və şəhərdə qarşıdurmaların sona çatdığı deyilir.

İngilis jurnalist "Bu an Kobanidə nə PKK, nə YPG, nə də peşmərgə var. Şəhər tamamilə İŞİD-in nəzarətinə keçib. Hazırda şəhərdə səssizlik hökm sürür" sözlərini əlavə edib.