Türkiyədə mədəndə növbəti uçqun: dağıntılar altında 23 nəfər var

28 Oktyabr 2014 16:38 (UTC+04:00)

Türkiyənin Karaman vilayətindəki kömür mədənində uçqun baş verib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dağıntılar altında 23 nəfər qalıb.

Hazırda 8 nəfərin xilas edildiyi bildirilir.

Qeyd edək ki, bu, Türkiyədə son iki gündə mədənlərdə baş verən ikinci hadisədir.