Qandan yeni vena damarları yetişdirilib

29 Oktyabr 2014 09:30 (UTC+04:00)

Laboratoriyada bir həftə ərzində yeni damar yetişdirmək üçün cəmi bir xörək qaşığı qan lazımdır. Bunu Salqren Akademiyası və Salqren Universitet Xəstəxanası (İsveç) sübut edib.

Üç il əvvəl həkimlər pasientin orqanizminə kötük hüceyrələrindən yetirşdirilmiş damar köçürüblər. İki il əvvəl isə, daha iki transplantasiya (uşaqlarda) keçirilib. Bütün hallarda pasientlərdə mədə-bağırsaq sistemindən qara ciyərə gedən damarlar olmayıb.

Alimlər yeni damar üçün kötük hüceyrələrindən olan materialı, demək olar ki, ağrısız seçmək qərarına gəliblər və pasientlərdən 25 millilitr qan götürüblər.

Ilk dəfədən kötük hüceyrələrini uğurla almaq mümkün olub. Üstəgəl, qan öz-özünə yeni damarın yetişməsini sürətləndirib, çünki onda böyümə amili vardır. Ilikdən olan hüceyrələrin yetişdirilməsindən fərqli olaraq, yeni yanaşma üçün bir ay deyil, bir həftə vaxt lazım olub.

Bu gün həkimlər iki pasientin durumunun yaxşı olduğunu vurğulayırlar. Üçüncü pasient barədə isə, nəticə çıxarmaq hələ tezdir. Ancaq bir şeyi dəqiq demək olar: insanları ilikdən hüceyrə götürmək kimi ağrılı prosedura məruz qoymağa ehtiyac yoxdur.

Perspektivdə qandan olan kötük hüceyrələri venaların varikoz genişlənməsi və ya miokard infarktından əziyyət çəkən pasientlərin həyatını dəyişə bilər.